Şirvan icra başçısı yola salınır? - Ramiz Mehdiyevin adamı kimi tanınır

 
Dünən, 12:16           

Ramiz Mehdiyevin “vətənə xəyanət” və “hakimiyyəti devirməyə cəhd” ittihamları ilə həbs olunması bir sıra məmurlara, o cümlədən icra başçılarına olan etimadı ciddi şəkildə sarsıdıb. Həmin məmurlar sırasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun da adı çəkilir.Qeyd olunur ki, İlqar Abbasov uzun müddət Ramiz Mehdiyevin kadrı kimi tanınıb və onun tərəfindən yüksək vəzifə ilə mükafatlandırıldığı bildirilir. Suraxanı rayonunun keçmiş, Şirvanın isə hazırkı icra başçısı olan Abbasovun Mehdiyevə yaxınlığı həm siyasi çevrələrdə, həm də ictimaiyyət arasında çoxdan məlumdur.Şirvandan daxil olan məlumata görə, hazırda icra hakimiyyətində ciddi süstlük müşahidə olunur. Qurumun sıravi əməkdaşları yaxın günlərdə yeni icra başçısının təyinatını gözlədiklərini bildirirlər. (azfakt.com)



Xəbəri paylaş


 
 


Xəbər lenti