Premium Hotel Ganja bərbad vəziyyətdədir - Otaqlara kanalizasiya qoxusu vurur (FOTO)

 
28-11-2025, 12:40           

"Azərbaycan Reallığı" xəbər verir ki, jurnalist Elnurə Abışova sosial media hesabında Premium Hotel Ganja haqqında kəskin tənqidlər səsləndirib. O, paylaşımında hotelin vəziyyəti ilə bağlı bir sıra ciddi iradlar qeyd edib:

"Sizə 3 ulduz belə çoxdur. Otaqlara kanalizasiya qoxusu vurur. Havalandırma ağırdır, pəncərələri açmaq üçün Brüsli gücü lazımdır. Krandan su gəlmir, liftiniz əndrabadi vəziyyətdədir. Müştəri ilə davranış mədəniyyətiniz isə ümumiyyətlə yoxdur… Hansını deyim?"





Xəbəri paylaş


 
 


Xəbər lenti