4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovun əməllərindən yenə şikayət var – Onu DƏDRX-də kimlər qoruyur
Dünən, 11:41
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi sakini, qonşum və qohumum olan Səbzəliyev Həmzəli Sabirxan oğlunun etibarnamə üzrə nümayəndəsi Əsədov Abı Əsəd tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, 1-ci Vitse-prezident xanım M.Əliyevaya, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Əmlak Məslələri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin rəhbərliyinə və digər aidiyyatı qurumlrın rəhbərlərinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarıəsi rəisi Fuad İbrəhimovun qanunsuz hərəkətləri barədə şikayət ünvanlanıb. Bir surəti də Aktualinfo.net-ə daxil olan şikayət məktubunda deyilir:
Cənab Prezident!
Mən, Əsədov Abı Əsəd oğlu qonşum və qohumum olan 71 yaşlı orta dərəcəli xəstə Səbzəliyev Həmzəli Sabirxan oğlunun etibarnamə üzrə nümayəndəsi kimi onun Abşeron rayon, Aşağı Güzdək qəsəbəsində yerləşən və hazırda 1990-cı ildən indiyədək yaşadığı fərdi yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə qarşı əsasız maneçiliyin törədilməsilə bağlıdır. Belə ki, H.Səbzəliyevin evinə çıxarışın əldə edilməsilə bağlı yazılı müraciətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarıəsi rəisi Fuad İbrəhimovun formal və heç bir əsası olmayan 05.06.2026-cı il tarixli, N-3-21-3-32/2-10937/2026 saylı rəsmi cavab məktubunda təqdim edilən sənədlərə və yerində faktiki baxışa əsaslanmayan əsassız cavabından belə nəticəyə gəlirik ki, ya, rəhbərlik öz vəzifə öhdəliklərini bilmir, ya da maddi maraqları təmin edilmədiyinə görə belə bir əsassız və formal cavab verərək vətəndaşı süründürməçiliyə salır.
Rəsmi cavab məktubda bildirilir ki, 28 aprel 2026-cı il tarixli, 1626020536 qeydiyyat nömrəli müraciətinizə baxılmışdır.
“… Aparılan araşdırma zamanı sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu müəyyən edilmişdir. Həmçinin faktiki torpaq sahəsi 0.06 ha olduğu aşkar edilmişdir.
Həmçinin müraciət üzrə təqdim edilmiş 101 inventar nömrə texniki pasportuda göstərilən fərdi yaşayış evi ilə faktiki fərdi yaşayış evinin daxili ölçüləri arasında fərq olduğu aşkar edilmişdir.
Yuxarıda qeyd edilənlər nəzərə alınaraq ərizənizin icrasından imtina edilmişdir.”
Əvvəlcə xatırlTMAQ YERİNƏ DÜŞƏRDİ Kİ, o dövrdə 100 ailəyə fərdi ev tikintisi üçün Aşağı Güzdək qəsəbəsində ( Ceyranbatan qəsəbə Sovetliyi) tərəfindən hər bir fərdə 10 sot olmaqla torpaq sahələri ayrılmışdır. Və bu gün bu ailələrə ayrılan torpaq sahələrində tikilən evlərin əksəriyyəti çıxarış əldə etmişdir.
Yəni, rəsmi cavabda qeyd edildiyi kimi, torpaq sahəsi 0.06 ha deyil, faktiki olaraq 0.992 ha, ( 10 sota bərabər ) verilmiş və hazırda da belədir.
2. Qeyd edilir ki, guya 101 inventar nömrəli texniki paportda göstərilən fərdi yaşayış evi ilə faktiki yaşayış evinin daxili ölçüləri arasında fərq olduğu aşkara çıxıbmış. Əvvələ bu faktı aşkar etmək üçün F.İbrəhimov öz mühəndisini yerində baxış üçün evə göndərməli idi. Belə bir rəsmi adam gəlib evin içində heç bir ölçü işləri aparmadığı halda rəisin uydurduğu bu cavabı necə qəbul etmək olar? Vətəndaş yaşadığı evdə 36 il ərzində heç bir daxili ölçü və konstruksiyalarda dəyişmə və ya əlavə tikili aparmamışdır. Yəni təqdim edilən texniki pasportda necə yazılıbsa, kasıbçılıq ucbatından ailə belə də yaşayışını davam etmişdir.
Müraciət sahibi olan xəstə və ahıl yaşlı Həmzəli Səbzəliyevin yeganə məqsədi, yaşadığı evi sənədləşdirib oğluna bağışlamaqdır. Əgər buna Fuad İbrahimov öz saxta mülahizələrilə imkan versə.
Onu da xatırlatmaq yerinə düşərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarıəsi rəisi Fuad İbrəhimov uzun müdətdir ki, bu vəzifədə çalışır. Əgər 3-4 il əvvəl onu törətdiyi çoxsaylı korrupsiya əməllərinə görə cəzalandırıb 1.6 il müddətində işdən qovulmasını nəzərə almasaq. Lakin o yenidən kimlərinsə himayədarlığı ilə bu vəzifəyə qaytarılmışdır. Lakin görünən budur ki, rəis öz ampulasındadır. Evə və evin yerləşdiyi torpaq sahəsinə heç bir rəsmi baxış keçirmədə uydurma rsəmi cavab yazmaqla öz qulluq mövqeyindən süi-istifadə etmiş, vətəndaşı süründürməçiliyə salmış, bir sözlə öz korrpusiya əməllərini davam etdirmişdir. Əgər belə olmasaydı Fuada nə düşmüşdür ki, reallıqda kasıb və xəstə adamındüzgün sənədlərini , faktiki evini və tarpaq sahəsini şantaj edir?
Yuxarıda qeyd edilənləri və mənim hüquqlarını müdafiə etdiyim Həmzəli Səbzəliyevin xəstə və ahıl yaşlı olduğun nəzərə alaraq cənab Prezidentdən, baş prokurordan və Korrupsiyaya qarşı Mübarizə idarəsi rəisindən çox xahiş edirəm ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarıəsi rəisi Fuad İbrəhimovun törətdiyi korrupsiya əməlləri araşdırılsın və işin ədalətli baxılması üçün lazımi köməkliyin göstərilməsinə göstəriş verəsiniz. Sağ olun.
Aktualinfo.net
P.S. Xatırladaq ki, avqust ayının 29-da mediada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi İbrəhimov Fuad Məmmədağa oğlunun vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb. “Unikal”ın yaydığı məlumata görə, F.İbrahimov bununla bağlı ərizə yazıb. Məlumatda qeyd edilir ki, bu yaxınlarda Fuad İbrəhimovun adı general Natiq Əliyevin qızı Türkər Əliyeva ilə yaranan olayda hallanıb.
Amma bizim əldə etdiyimiz məlumata görə Fuad İbrəhimovun vəzifəsindən azad edilməsi barədə yayılan məlumat doğru deyil. Fuad İbrəhimov bu gün də işinin başındadı və Abşeron rayon ərazisində qanunsuz tikililəri sənədləşdirməklə yanaşı sənədləri qaydasında olan vətəndaşları süründürür, dövlət orqanından narazı salır.
Xəbəri paylaş

























